İdman24
Şahmat · APA Sport

Xaqan Əhməd gənclər arasında dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyası açıqlayıb.

O, son turda Paraqvay təmsilçisi Xuan Sebastian Melianla heç-heçə edib.

11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı Xaqan Əhməd yarışın gümüş mükafatına sahib çıxıb.

Qeyd edək ki, Xaqan Əhməd turnirin qalibi Hindistan şahmatçısı Ethan Vazdan yarım xal geri qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə