Basketbol · APA Sport
Millimiz Lüksemburqla qarşılaşacaq

Bu gün basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız səfərdə Lüksemburqla üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matç İdman TV kanalında canlı yayımlanacaq.