“Payde”nin baş məşqçisi: “Zirə”nin üstün olması ilə razı deyiləm”

"Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, Estoniya təmsilçisinin çalışdırıcısı mətbuat konfransında qarşılaşmanın çətin keçəcəyini bildirib.
“Çətin oyun olacaq. Artıq nə etmək lazım olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. İlk oyunda “Zirə”nin üstün olması ilə razı deyiləm. Biz rəqibi daha çox sıxışdırmışdıq. Bəli, ilk hissədə “Zirə”nin müəyyən üstünlüyü var idi. Amma bu, sabahkı oyunda müdafiədən oynayacağımız anlamına gəlmir. Tam olaraq formadayıq və hazırıq.
Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisi ilə qarşılaşmalarda futbolçu kimi cəmi iki şansım olub. Həmin vaxtlarda Rəşad Sadıqovla üz-üzə gəlib-gəlmədiyim də yadıma düşmür”, – deyə Kink bildirib.