Digər · APA Sport
Nunyesin klubu bəlli oldu - RƏSMİ

"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes komandanı tərk edib.
Apasport.az xəbər verir k, o, "Əl-Diriyah"la anlaşıb.
Klub uruqvaylı forvardı icarəyə götürüb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə icarə müqaviləsi mövsümün sonuna kimidir.
Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi 2025-ci ilin yayında "Liverpul"dan 53 milyon avroya transfer edib.