Deputat: "Prezident Qarabağda 180-dən çox layihənin təməlini qoyub"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Deputat: "Prezident Qarabağda 180-dən çox layihənin təməlini qoyub" İnfrastruktur 03 noyabr, 2026 11:33 Vüqar Bayramov Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev Qarabağda 180-dən çox layihənin təməlini qoyub.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə əldə etdiyi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb: "İşğal dövründə tamamilə dağıdılan və xarabalığa çevrilən ərazilərimiz artıq bərpa olunur və yenidən qurulur. Əlbəttə ki, ilk mərhələdə nəqliyyat, sosial və digər infrastrukturun formalaşdırılması, paralel olaraq isə məskunlaşma prosesinin həyata keçirilməsi istiqamətində işlər görülür. Ötən müddətdə dövlət büdcəsindən yalnız işğaldan azad olunmuş ərazilərə 26 milyard manata yaxın vəsait ayrılıb. Nəqliyyat, logistika və digər infrastruktur layihələrinin reallaşdırılması nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır".
"Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə ümumi uzunluğu 3 720 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilib. İndiyədək həmin yollardan ümumi uzunluğu 1,4 min kilometr olan 17-si tamamilə başa çatdırılıb və yenidən qurulub. Eyni zamanda, strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı istifadəyə verilib. Təbii ki, bütün bunlar fonunda intensiv məskunlaşma prosesinin də şahidi oluruq. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, təhsil alır və işləyir. Noyabrın 1-nə olan məlumata əsasən, həmin ərazilərdə 41 213 keçmiş məcburi köçkün artıq məskunlaşıb. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8 300 keçmiş məcburi köçkün yaşayır. Cəbrayıl rayonunda isə bu göstərici 7 112 nəfər təşkil edir", - deyə deputat əlavə edib.
V.Bayramovun sözlərinə görə, infrastrukturun formalaşdırılması növbəti illərdə, eləcə də qarşıdakı aylarda məskunlaşma prosesinin daha da intensivləşməsinə imkan verəcək: "Təbii ki, hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək və heç kim bu prosesdən kənarda qalmayacaq. Bu, möhtərəm Prezidentin siyasi iradəsidir. Artıq bu iradəyə uyğun olaraq intensiv məskunlaşma prosesinin şahidi oluruq. Ötən müddət ərzində Prezident işğaldan azad olunmuş ərazilərimizə 600 dəfədən çox səfər edib. Bu səfərlər və tədbirlər çərçivəsində dövlət başçısı 180-dən çox layihənin təməlini qoyub, 170-dən çox obyektin açılışında iştirak edib. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məskunlaşma prosesi birbaşa Prezidentin diqqət mərkəzindədir. Bu diqqət və siyasi iradə məskunlaşma prosesinin daha da sürətlənməsinə, keçmiş məcburi köçkünlərimizin daha qısa müddətdə öz ata-baba yurdlarına qayıtmasına imkan yaradacaq".
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kənan Sadıqov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Депутат: Президент заложил фундамент более 180 проектов на освобожденных территориях MP: Ilham Aliyev lays foundations for over 180 projects in Garabagh --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 12:38 Azərbaycanda 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib İnfrastruktur 12:36 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Milli Məclis 12:35 Ətraf mühit hesabatlarının ictimai açıqlığına dair qanun layihəsi qəbul edilib Milli Məclis 12:34 Sekyuritizasiya üzrə hüquqi çərçivə yaradılması III oxunuşda qəbul edilib Maliyyə 12:32 Ekspert: Azərbaycan II Qarabağ müharibəsində təkcə dronlarla deyil, strategiya sayəsində qələbə qazanıb Xarici siyasət 12:31 Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib Digər ölkələr 12:28 Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib Milli Məclis 12:28 MDM ümumi aktiv və unikal investorların sayını açıqlayıb Maliyyə 12:26 AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq cəzalandırıb Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.