İdman24
Digər · APA Sport

Nihat Kahveci saxlanıldı – Həyat yoldaşına zorakılıq iddiası

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci polis tərəfindən saxlanılıb.

Apasport.az xəbər verir ki, buna 46 yaşlı keçmiş hücumçunun həyat yoldaşı Fulya Sever Kahveciyə zorakılıq tətbiq etməsi ilə bağlı iddia səbəb olub.

Hadisənin İstanbulun Sarıyer rayonunda yerləşən restoranlardan birində baş verdiyi bildirilib. Tərəflər arasında yaranan mübahisədən sonra polis əməkdaşları hadisə yerinə çağırılıb və Nihat Kahveci ifadəsi alınmaq üçün bölməyə aparılıb.

Sabiq futbolçu prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb. Fulya Sever Kahvecinin isə şikayətçi olmadığı, tibbi müayinədən keçmək və ifadə vermək istəmədiyi qeyd olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Nihat Kahveci futbolçu karyerası ərzində “Beşiktaş”, “Real Sosyedad” və “Vilyarreal” kimi klublarda çıxış edib. O, Türkiyə millisinin heyətində 69 oyun keçirib və 19 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə