İdman24
Digər · APA Sport

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksində

FIFA prezidenti Canni İnfantino Azərbaycanda keçirilən U-15 dünya çempionatı və festivalının ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət edib.

Apasport.az xəbər verir ki, səfərdə turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və qurumun digər rəsmiləri də iştirak ediblər.

Rəsmilər kompleksdə yaradılan şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 qarşılaşma keçiriləcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalı ilk dəfə təşkil olunur. Turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

İlk oyun günü bu axşam “Baku Crystal Hall”da davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca Azərbaycan millisi Şərqi Timor yığması ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə