I Qarabağ müharibəsində itkin düşənlərin ailələri Avropa Parlamenti qarşısında aksiya keçiriblər

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia I Qarabağ müharibəsində itkin düşənlərin ailələri Avropa Parlamenti qarşısında aksiya keçiriblər Diaspor 20 oktyabr, 2026 17:51 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin ailələri 30 ildən çox vaxt keçməsinə baxmayaraq, taleyi hələ də naməlum qalan minlərlə azərbaycanlının taleyinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Brüsseldə Avropa Parlamenti qarşısında, "Place du Luxembourg" meydanında dinc aksiya keçiriblər.
"Report" un Avropa bürosunun verdiyi məlumata görə, aksiya "Qarabağ İtkin Ailələri" İctimai Birliyi tərəfindən təşkil olunan aksiyada bəyanat oxunub.
"Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır", - bəyanatda deyilir.
Həmçinin vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib: "Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözüyolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir".
Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən, Avropa Parlamentinə səsləniblər: "Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam ediririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollanıb. Cenevrə aksiyasından qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişib. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?".
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində itkin düşən şəxslərin taleyi hələ də aydınlaşdırılmamış qalır.
Təşkilatçılar itkin düşən şəxslərin fotoşəkilləri və onların adından yazılmış rəmzi məktublardan ibarət instalyasiya təqdim ediblər. Eyni zamanda, itkin şəxslərin ailələri tərəfindən təqdim edilən şəxsi əşyalar da sərgilənib. İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.
Xatırladaq ki, son günlərdə Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi də Avropanın 7 ölkəsinin şəhərlərində - İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq, İtaliyanın Roma şəhərlərində "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda da qeyd olunub ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Kəmalə Mustafayeva Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Video Семьи пропавших без вести в I Карабахской войне провели акцию перед Европарламентом Foto Video Families of people missing in First Garabagh War hold protest outside European Parliament --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 18:31 Foto Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək Mədəniyyət siyasəti 18:29 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Xarici siyasət 18:26 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Maliyyə 18:20 Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır Xarici siyasət 18:16 BP: "Şahdəniz" layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib Energetika 18:15 ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib Digər ölkələr 18:09 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Milli Məclis 18:07 Foto Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət siyasəti 18:06 Foto Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.