İdman24
Digər · APA Sport

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının loqosu təqdim olunub

İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər. Mətbuat konfransında əvvəlcə 4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və mötəbər yarışın tanıtım çarxı nümayiş olunub. Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11–13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə