Digər · APA Sport
Rassel Avstriyada hamını qabaqladı: Verstappen mövsümün ən yaxşı nəticəsini göstərdi

“Mercedes”in britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının Avstriya Qran-prisində qalib olub.
Apasport.az xəbər verir ki, mövsümün səkkizinci mərhələsində “Red Bull” pilotu Maks Verstappen ikinci yeri tutub.
Dördqat dünya çempionu bununla cari mövsümdəki ən yaxşı nəticəsinə imza atıb.
Ümumi sıralamanın lideri Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub. “Mercedes”in italiyalı pilotu podiuma yüksəlməklə liderliyini qoruyub.