İdman24
Digər · APA Sport

Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi

Misir millisinin kapitanı Məhəmməd Salah DÇ-2026-nın 1/16 finalında Avstraliya ilə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Misir penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.

Salah qarşılaşmanı 8,8 reytinq balı ilə tamamlayaraq matçın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Misir 1/8 finalda Argentina - Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə