İdman24
Futbol · APA Sport

Zaur İsmayılov: “Penalti qərarı mübahisəlidir”

Misli Premyer Liqasının VI turunda "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edib - 2:1.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Zaur İsmayılovun mətbuat konfransı keçirilib.

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük".

- Qapınıza təyin edilən penaltilərlə razılaşırsız? - Birinci penalti bir az mübahisəlidir. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımızın topu çıxardıqdan sonra ikinci epizoddakı toxuşununun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.

- Ağadadaş Salyanskinin ardıcıl üçüncü qolu haqda nə deyərdiniz? - Ehtiyatda oturanda da, məşqlərdə də daim çalışırdı. Sonradan da start heyətinə düşdü və ardıcıl qollar vurdu. Bu gün ikinci qolunu da vura bilərdi. Amma top dirəkdən qayıtdı. Yaxşı hal odur ki, ardıcıl qollar vurur.

- Milli fasiləyə qədər olan dövrü yəqin ki, uğursuz saymaq olar? - Bəli.

- Fasilə zamanı nəyi dəyişəcəksiz? - Müdafiədə kobud səhvlərimiz olur. Bunlar üzərində maksimum işləmək lazımdır. Hücumda da düşən epizodları vurmaq gərəkdir. Çatışmazlıqların üzərində işləyəcəyik.

Orijinal mənbə

İdman24 əsas səhifə