İdman24
Futbol · APA Sport

DÇ-2026: Çempion kim olacaq? İspaniya Argentinaya qarşı - YENİLƏNİR

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bu gün müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gələcək.

Nyu-York/Nyu-Cersi stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, İngiltərə üçüncü yer uğrunda görüşdə Fransanı 6:4 hesabı ilə məğlub edərək mundialın bürünc medalını qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə