"Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 16° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib Futbol 01 noyabr, 2026 22:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Londonun "Arsenal" klubu İngiltərə çempionatının IX turunda səfərdə "Liverpul"u məğlub edərək turnir cədvəlinə başçılıq edir.
"Report" xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşma "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 16-cı dəqiqədə Kay Haverts vurub.
Bu, "Arsenal"ın son beş oyunda "Liverpul" üzərində ilk qələbəsidir. London təmsilçisi sonuncu dəfə 2024-cü il fevralın 4-də rəqibini İngiltərə çempionatının ev oyununda 3:1 hesabı ilə məğlub etmişdi. Bundan sonra "Liverpul" bir dəfə qalib gəlib, üç qarşılaşma isə heç-heçə ilə başa çatıb.
Bu məğlubiyyətlə "Liverpul"un bütün turnirlərdə beş oyundan ibarət qələbə seriyası qırılıb. Komanda həmin müddətdə İngiltərə çempionatında və Çempionlar Liqasında iki dəfə qalib gəlib, həmçinin Liqa Kubokunda növbəti mərhələyə yüksəlib.
"Arsenal" 24 xalla turnir cədvəlində vahid liderdir. "Mançester Siti" 21 xalla ikinci, 15 xalı olan "Liverpul" isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Mançester Siti" bu turda doğma meydanda "Brayton"a 0:1 hesabı ilə uduzub. Növbəti turda "Arsenal" noyabrın 7-də "Hall"u qəbul edəcək. "Liverpul" isə noyabrın 8-də səfərdə "Kristal Pelas"la qarşılaşacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı "Арсенал" обыграл "Ливерпуль" и возглавил таблицу чемпионата Англии --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:50 Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2 Digər ölkələr 01:07 Foto Video ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib Digər ölkələr 00:58 Foto Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib Xarici siyasət 00:17 Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər Region 23:53 Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib Sağlamlıq 23:36 Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib Digər ölkələr 23:18 Makqreqor karyerasını başa vurur Fərdi 23:02 Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib Digər ölkələr 22:52 "Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.