Tacikistanın baş məşqçisi: “Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar”

Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçı çərçivəsində Bakıda Tacikistanı məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi İqor Angelovski jurnalistlərin suallarını cavablandırıb:
"İlk olaraq Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Həqiqətən çox çətin oldu. Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar bundan çox yaxşı istifadə etdi. Toral Bayramov kimi standart vəziyyəti yaxşı vuran oyunçunuz var. Bizim də qol vurmaq imkanımız var idi. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Sonda komandamızın imkanı var idi. Təəssüf istifadə edə bilmədik. Azərbaycanı təbrik edirəm".
- Məğlubiyyətinizə əsas səbəb nə oldu? - Komandam bu gün yaxşı oynadı. Qol vura bilmədik. Bizim də keyfiyyətli oyunçularımız var. Hamısını analiz edəcəyik.
- Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz? - Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki oyunçular fərqlidir, səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli qalıb millidə. Yeni oyunçular var. Müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.
- Azərbaycan millisində sizi təəccübləndirən sonra kim oldu? - Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər, klubların göstəriyi nailiyyətləri milli yığma da göstərər. Futbolçulara, ölkəyə gözəl nailiyyətlər arzu edirəm.
- Oleg Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi? - Yoldaşlıq oyunudur. Məqsədimiz Asiya kubokuna hazırlıqdır. Tacikistan tarixində ikinci dəfədir ki, iştirak edəcək bu kubokda. Bu oyunlar vaxtı müxtəlif versiyaları nəzərdən keçiririk. Çox gözəl üç qapıçımız var. Bu dəfə Oleqdən istifadə etdik. Amma bu o demək deyil ki, həmişə o olacaq, digərlərini də nəzərdən keçirəcəyik ki, hər kəsin keyfiyyətinə bələd olaq. Mən də onunla ümumi fikir mübadiləsi aparmışdıq.