İdman24
Basketbol · APA Sport

“Neftçi” millimizin üzvünü heyətinə qatdı - FOTO

"Neftçi” basketbol klubu Azərbaycan millisinin üzvü Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, 24 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.

194 sm boya malik hücumçu ötən mövsüm “Gəncə”nin şərəfini qoruyub. O, Azərbaycan millisinin heyətində beynəlxalq arenalarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.

Orijinal mənbə

İdman24 əsas səhifə