İdman24
Digər · APA Sport

Şahin Mustafayev ASTF-in prezidenti seçilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin inkişafı, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə