İdman24
Futbol · APA Sport

KL: “Zirə” mübarizəni dayandırdı – YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edib. Qarşılaşma saat 20:00-da başlayıb.

Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı “Zirə”nin futbolçusu Eren Aydın açıb.

İkinci hissədə hücumlarını artıran “Payde” hesabı bərabərləşdirib. Matçda başqa qol vurulmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə görə (1:2) “Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunu

Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)

Stadion: Sumqayıt şəhər stadionu

"Zirə" : 13. Aydın Bayramov, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 32. Qismət Alıyev(kapitan), 20. İssa Cibrilla, 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 22. Ayxan Quseynov, 9. Davit Volkov

Ehtiyat oyunçular skamyası: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 2. Amin Seydiyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 14. Elçin Əlicanov, 23. Smit, 27. Loue, 29. Diqbeu, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski

"Paide ": 99. Ebrima Jarju, 27. Nikita Baranov, 3. Viktor Huqo, 7. Edqar Tur, 2. Mikael Lilander, 28. Oskar Haym(kapitan), 10. Martin Miller, 11. Sohna, 77. Daniel Luts, 19. Siim Luts, 30. Badamosi

Ehtiyat oyunçular skamyası: 12. Meerits, 56. Sapp, 4. Andrade, 6. Daniel Kabral, 8. Oyamaa, 9. Anier, 14. Yobarte, 17. Çam, 20. Piht, 21. Smirnov, 24. Niqula

Baş məşqçi: Tarno Kink/Mika Laurikaynen

Orijinal mənbə

İdman24 əsas səhifə