Basketbol · APA Sport
“Neftçi SOCAR” Dünya Seriyasına qələbə ilə başladı

“Neftçi SOCAR” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Takasaki (Yaponiya) mərhələsinə qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilk qrup oyununda ev sahibi Yaponiya millisi ilə qarşılaşıb.
Görüş “Neftçi SOCAR”ın 15:14 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təmsilçimiz qrupdakı son oyununda Yaponiyanın “Takasaki” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.