İdman24
Döyüş İdmanı · APA Sport

Hüseyn Rzazadə mundiala məğlubiyyətlə başladı – İlk görüşdə uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəyə erkən əlvida edib.

Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Hindistan təmsilçisi Aaryan Aaryana 5:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə