İdman24
Futbol · Report İdman

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir Futbol 20 oktyabr, 2026 16:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə oktyabrın 20-də start verilib.

Bu barədə "Report" a AFFA-dan məlumat verilib.

Kursun açılış mərasimində AFFA-nın Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdaliyev D kateqoriyalı məşqçi kurslarının mahiyyəti və əhəmiyyətindən danışıb.

BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. AFFA-nın təlimçisi İlham Əzizzadə kursa hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək təşkilatçılara təşəkkür edib və yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq, Bayıl stadionunda yerləşən Futbol İnkişaf Mərkəzində təşkil olunan üçgünlük kursa 25 nəfər cəlb edilib.

Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

Kursun əsas məqsədi iştirakçıların futbol məşqçiliyi sahəsində nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək məşqçilik fəaliyyətlərinə hazırlanmalarına dəstək olmaqdır.

Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:26 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Maliyyə 18:20 Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır Xarici siyasət 18:16 BP: "Şahdəniz" layihəsi çərçivəsində dənizdə tikinti işlərinə start verilib Energetika 18:15 ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib Digər ölkələr 18:09 Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək Milli Məclis 18:07 Foto Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət siyasəti 18:06 Foto Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib Xarici siyasət 18:06 Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Xarici siyasət 17:57 Luka Nikulesku Rumıniyanın yeni Baş naziri olub Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə