Digər · APA Sport
Emrelinin komandasında yeni təyinat - RƏSMİ

Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv”un yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, Polşa təmsilçisi David Zvarqa ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Rakuv" Polşa çempionatında 11 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.