Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 11° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb Digər ölkələr 13 noyabr, 2026 23:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq.
"Report" un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransında bildirib.
"Liderlər razılaşıblar ki, Ukraynada sülh üzrə danışıqlarda komandamızı Avropa İttifaqının institutları və "İstəklilər koalisiyası"nın E5 ölkələri təşkil edəcək. Bizim Avropa komandamız sıx koordinasiya və tam birlik şəraitində fəaliyyətini davam etdirəcək", - o bildirib.
Koştanın sözlərinə görə, Avropa Ukraynanın gələcəyini və qitənin təhlükəsizliyini müəyyən edən bütün müzakirələrdə vahid səslə çıxış etməlidir. Danışıqlar prosesində Aİ-ni məhz kimin təmsil edəcəyi ilə bağlı sualı cavablandıran Koşta izah edib ki, Avropa institutları arasında səlahiyyət bölgüsü Aİ-nin təsis müqavilələri ilə müəyyən olunub. O, Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə, Avropa Komissiyasının (AK) sədri isə İttifaqı AK-nin səlahiyyətinə daxil olan məsələlər üzrə təmsil edir.
Aİ Şurasının rəhbəri əlavə edib ki, Aİ Ukraynanın Avropa gələcəyinin, onun bərpası və rifahının müzakirəsində mərkəzi rol oynamalıdır. Təhlükəsizlik zəmanətləri məsələsi, onun sözlərinə görə, NATO ilə sıx koordinasiya şəraitində İstəklilər koalisiyası çərçivəsində həll edilməlidir.
"Amma Rusiya kursunu dəyişməlidir", - o, hava hücumlarından və eskalasiyadan imtinanı nəzərdə tutaraq vurğulayıb.
Öz növbəsində, AK sədri Ursula fon der Lyayen bildirib ki, danışıqlar prosesində Avropanın iştirakı Ukraynanın və Aİ-nin özünün maraqlarını qorumaq üçün zəruridir.
O vurğulayıb ki, Aİ Kiyevi dəstəkləməyə davam edəcək və Ukraynaya etibarlı, eləcə də hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərinin verilməsinin, həmçinin müharibədən sonrakı bərpa və iqtisadi inkişaf proqramının hazırlanmasının tərəfdarıdır.
İrlandiyanın Baş naziri Mixol Martin Avropanın təmsil olunması ilə bağlı qərarı şərh edərək, razılaşdırılmış formatı müzakirələrin konstruktiv nəticəsi adlandırıb.
Bununla yanaşı, Koşta bildirib ki, Aİ Şurasının noyabrın 26-27-də keçiriləcək növbəti iclasında liderlər AK-nin təklifləri əsasında Ukraynanın gələn il və sonrakı dövr üçün maliyyə ehtiyaclarını müzakirə edəcəklər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Kəmalə Mustafayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Кошта: ЕС сформировал единую команду для участия в переговорах по Украине Costa: EU forms united team to take part in Ukraine peace talks --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 11° C Son xəbərlər 02:23 Yeni Orleanda tankerlə kruiz gəmisi toqquşub, 20-yə qədər şəxs xəsarət alıb Digər ölkələr 02:17 SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib Region 01:55 ABŞ-də bütün uçuşlar dayandırılıb Digər ölkələr 01:48 UEFA Millətlər Liqası: Niderland yığması Yunanıstanı 7 cavabsız topla məğlub edib Futbol 01:38 UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyununda Lixtenşteyni məğlub edib - Yenilənib-4 Futbol 01:22 Məkkə sazişi qüvvəyə minib Region 00:59 Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib Region 00:47 Foto Leyla Əliyeva COP31-də beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərlə görüşlər keçirib Xarici siyasət 00:28 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.