İdman24
Digər · APA Sport

Bosniya və Herseqovina gözləmədə - Ümid ən yaxşı üçüncülərə qaldı

Bosniya və Herseqovina millisi DÇ-2026-da qrup mərhələsini 3-cü pillədə başa vurub.

Apasport.az xəbər verir ki, B qrupunun son turunda Qətəri 3:1 hesabı ilə məğlub edən Avropa təmsilçisi xalını 4-ə çatdırıb.

Bosniya və Herseqovina qrupda Kanada ilə 1:1 heç-heçə edib, İsveçrəyə 1:4 hesabı ilə uduzub, Qətərə isə 3:1 hesabı ilə qalib gəlib.

3 oyundan sonra 4 xal toplayan bosniyalılar 1/16 finala yüksəlmək üçün ən yaxşı üçüncülər arasında yer almağı gözləyəcəklər.

Orijinal mənbə

İdman24 əsas səhifə