Futbol · APA Sport
Polşa millisinin üzvü “Yuventus”da

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Volfsburq”un qapıçısı Kamil Qrabaranı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Polşa millisinin üzvü 2027-ci ilin yayına qədər "qoca sinyora"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Volfsburq" 27 yaşlı qolkiperi 2024-cü ildə "Kopenhagen"dən 13,5 milyon avro qarşılığında transfer edib.