İdman24
Döyüş İdmanı · Report İdman

44 günlük müharibənin iştirakçısı: Döyüşdə qazandığımız dostluğu heç vaxt unuda bilmərik - MÜSAHİBƏ

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia 44 günlük müharibənin iştirakçısı: Döyüşdə qazandığımız dostluğu heç vaxt unuda bilmərik - MÜSAHİBƏ Daxili siyasət 10 oktyabr, 2026 11:33 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Kənardan baxanda müharibənin tarixlərdən, xəritələrdən, döyüş əməliyyatlarından, qələbələrdən ibarət olduğu görünür. Amma səngərin içindəki insan ölümü yanında hiss edir, bir neçə dəqiqə əvvəl söhbət etdiyi dostunun və ya özünün hər an şəhid ola biləcəyini bilir. Orada sabahın olub-olmayacağı bəlli deyil. Bəzən müharibənin bütün ağırlığını bircə cümlə ifadə edir: "G ecə yanındadır, səhər yoxdur..."

44 günlük Vətən müharibəsi iştirakçısı Əli Əhmədli savaşın onun yaddaşında necə qaldığını məhz bu cümlə ilə ifadə edib.

Əli Əhmədli "Report" a müsahibəsində müharibəyə necə getdiyindən, ilk döyüşdən, ölümün ən yaxın məsafədə necə göründüyündən, şəhid olan döyüş yoldaşlarından və müharibənin insanda buraxdığı izlərdən danışıb.

- Əli bəy, 44 günlük müharibə başlayanda qarşıda sizi nələrin gözlədiyini bilmirdiniz. Gəlin, həmin günlərə qayıdaq. Necə oldu ki, müharibədə iştirak etmək qərarına gəldiniz və müharibənin ilk gününü necə xatırlayırsınız?

- Mən Azərbaycan Texniki Universitetini bitirmişəm, yol hərəkətinin təşkili ixtisası üzrə magistraturaya qəbul olmuşdum. Hərbi xidmətə gedib qayıdandan sonra magistraturamı davam etdirdim və bitirdim. Mənim 2016-cı ildə həqiqi hərbi xidmətim Aprel döyüşlərinə təsadüf edib. Artilleriyaçı olmuşam və 44 günlük müharibədə də həmin döyüş biliklərim mənə çox kömək etdi. Magistraturanı başa vurduqdan iki il sonra müharibəyə könüllü qoşuldum. O vaxt 27 yaşım var idi və nişanlı idim. Bu dəfə müharibədə artilleriyaçı kimi yox, piyada kimi iştirak edirdim. Özüm bunu seçdim. Çünki mənim üçün daha maraqlı idi.

44 günlük müharibənin iştirakçısı: Döyüşdə qazandığımız dostluğu heç vaxt unuda bilmərik - MÜSAHİBƏ

- Universiteti və magistraturanı bitirmiş, karyerasını qurmaq üçün imkanları olan bir gənc idiniz. Üstəlik, nişanlı olmusunuz. Yəni qarşıda sizi başqa bir həyat gözləyirdi. Bütün bunların fonunda sizi könüllü şəkildə müharibəyə getməyə sövq edən nə idi?

- Polad Həşimovun şəhid olması. Generalın şəhid olması hər bir azərbaycanlı kimi, məni də çox narahat edirdi. Bu hadisə mənə çox pis təsir etmişdi. Prezident İlham Əliyevin çağırışından sonra dostlarımızla birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həm elektron, həm də yazılı şəkildə müraciət edərək könüllü Qarabağ döyüşlərində iştirak etmək istədiyimizi bildirmişdik.

Qarabağ mənim üçün həqiqətən çox yaralı yer idi. Bunu hansısa pafos xatirinə, özümü vətənpərvər göstərmək üçün demirəm. Uşaqlığımdan Qarabağ mənim arzularım olub. Hətta müharibədən çox əvvəl bir dəfə status paylaşmışdım ki, mən tez-tez yuxuda kirilcə "Şuşa" yazısını görürəm. Mənim üçün Şuşa arzulanan bir yer idi və həmişə istəyirdim ki, orada olum.

Bunun fonunda olan bütün hadisələr, hər şey kölgədə qalırdı. Əslində, Qarabağla heç bir bioloji əlaqəm yoxdur. Özüm Göyçaydanam. Amma əmim Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Mən Qarabağı uşaqlığımdan hiss etmişəm. Qarabağın azadlığı üçün hər şeyə, hətta canımdan keçməyə də tam səmimiyyətlə hazır idim. Allaha çox şükür olsun ki, bizə burada bir pay nəsib oldu və biz döyüşə bildik.

- Bəs müharibənin ilk gününü necə xatırlayırsınız? Sentyabrın 27-də cəbhəyə yola düşəndə nə baş verdiyini tam anlayırdınızmı, yoxsa hadisələrin miqyası ora çatanda daha aydın oldu?

- 27 sentyabrda səhər Bakıdan Füzuli istiqamətinə yola düşdük. Füzuliyə çatanda döyüşlər başlamışdı, yaralılarımız, şəhidlərimiz vardı. İnsanlar bizi yolda qarşılayırdılar. Bizə yemək, içmək, su verməyə, əllərindən gələn hər cür köməyi göstərməyə çalışırdılar.

Biz 27 sentyabrda Füzulinin Horadiz qəsəbəsində cəmləndik, silahlarımızı təhvil aldıq və döyüş növbəmizi gözləməyə başladıq. Həmin gün axşam bizim olduğumuz məntəqəni vurdular. Bu, mənim üçün ilk hadisə idi. Aprel döyüşlərində olsam da, belə bir şey görməmişdim. Burada mərmi düz yanımızda partladı. Müharibənin necə acı olduğunu mən orada başa düşdüm. Artıq üç şəhidimiz var idi – təkcə bizim bölmənin. Sentyabrın 30-da isə ilk ağır döyüşlərə girdik. Seyid Əhmədli ərazisində, o məşhur bunker istiqamətində hücuma keçdik.

Mənim üçün ilk ağır döyüş səhnəsi orada idi. Biz maşınlardan düşdük. Qarşımızda kinolarda, oyunlarda gördüyümüz müharibə şəraiti vardı. Tabor komandiri özü yaralı halda bizi qabağa səsləyirdi.

O həyəcanla, o streslə getdiyin yerdə yanında tank partlayır, yaralı var, kömək edirsən...

Tabor komandirinin bir nəfərlə söhbət etdiyini gördüm. Həmin oğlan Sumqayıtdan olan xüsusi təyinatlı, sonradan şəhid olan Nadir idi. Döyüş yoldaşları yaralanmışdı, özü tək qalmışdı. Biz onunla söhbət etdik. Dedi ki, öndə erməni postu var.

Tabor komandiri getdi, müşahidə etdi və qayıdıb soruşdu: "Kim mənimlə gələr? Bir postu almalıyıq". Dedim: "Komandir, mən sizdən başqa heç kimi tanımıram, mən sizinlə gedirəm". Mənim köməkçi əsgərim Fəqan da "Mən də Əlidən başqa heç kimi tanımıram" dedi. Beləcə, mən, tabor komandiri, rabitəçi və Fəqan bir yerdə həmin postu almağa getdik. Gördük ki, artilleriya hücumu çox şiddətlidir. Həm avtomat, həm də artilleriya atışı həddən artıq çox idi. Bir az gözləməyə məcbur olduq.

Tabor komandiri birdən dedi: "Çıxın, arxın kənarında bir az gözləyin, ard-arda uzanın". Biz bir-birimizin ardınca uzandıq. Qabaqda rabitəçi, sonra Fəqan və mən, tabor komandiri də bizdən təxminən bir metr yarım məsafədə uzandı.

Birdən mənə dedi: "Əsgər, nişan al". Nişan aldım. Gördüm ki, p

Orijinal mənbə

İdman24 əsas səhifə