İdman24
Digər · APA Sport

II Liqa: “Qaradağ Lökbatan” evdə, “Şəmkir” səfərdə qələbə qazandı

Bu gün Azərbaycan II liqasında VI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Qaradağ Lökbatan" öz meydanında "Zəngəzur"u sınağa çəkib. Ev sahibləri rəqibini 4 cavabsız qolla darmadağın edib.

"Şəmkir" isə səfərdə "Şəki"yə 5:0 hesabı ilə qalib gəlib.

15:00. “Qaradağ Lökbatan” – “Zəngəzur” - 4:0

Qollar: Ə. Əlizadə, 6, 21, 87, R. Orucov, 79 Qırmızı vərəqə: T.Qurbatov, 89 ("Zəngəzur")

Qollar: E. Abdullayev, 24, 38, 66, R. Allahverdiyev, 68, Ü. Sərıyev, 75 Zaqatala OİK stadionu

15:30. “Kür-Araz” – “Ağstafa Gəncləri” - 2:4

Qollar: B. Əliyev, 57, 59 - C. İmamverdiyev, 52, 65, E. Qasımov, 73, E. Namazov, 87

Orijinal mənbə

İdman24 əsas səhifə