İdman24
Futbol · APA Sport

İnfantino yeni ideyanı açıqladı - DÇ-da 64 komanda

FİFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçılarının sayının yenidən artırıla biləcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, qurum rəhbəri gələcəkdə mundialın 64 komandanın iştirakı ilə keçirilə biləcəyini istisna etməyib.

İnfantino bildirib ki, bu məsələ DÇ-2026 başa çatdıqdan sonra FİFA-nın müvafiq komitələrində müzakirəyə çıxarılacaq. O, dünya çempionatının təkcə Avropa və Cənubi Amerika üçün deyil, bütün dünya üçün nəzərdə tutulduğunu vurğulayıb.

“Dünya çempionatında iştirak etmək arzusu bütün ölkələrdə olmalıdır. Hazırkı turnir göstərdi ki, bütün qitələrdə milli komandaların səviyyəsi yüksəlir”, – deyə FİFA prezidenti bildirib.

Qeyd edək ki, dünya çempionatının iştirakçı sayı 2026-cı ildən etibarən 32-dən 48-ə yüksəldilib. DÇ-2026-nın finalı iyulun 19-da keçiriləcək. Məhz bundan sonra 64 komandalı formatın mümkün tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə