MPK rəsmiləri IPC-nin Üzvlük İclasında paraidmanın gələcək inkişaf perspektivlərini müzakirə ediblər

İlham Əliyev COP31 Bakı 12° C USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika MPK rəsmiləri IPC-nin Üzvlük İclasında paraidmanın gələcək inkişaf perspektivlərini müzakirə ediblər Fərdi 11 noyabr, 2026 14:19 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Üzvlük İclasında iştirak ediblər.
MPK-dan "Report" a verilən məlumata görə, noyabrın 7-dən 9-dək "Birlikdə: Fəaliyyətə çağırış" ("Coming Together: A Call to Action") devizi altında keçirilən üçgünlük iclasda Paralimpiya Hərəkatının gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetlər müzakirə olunub.
IPC-yə üzv təşkilatları təmsil edən 250-dən çox nümayəndənin qatıldığı tədbirin əsas müzakirə mövzularından biri qurumun 2027-2030-cu illər üzrə Strateji Planı olub. İştirakçılar növbəti dördillik dövr üçün nəzərdə tutulan hədəf və prioritetlərlə bağlı fikir və təkliflərini bölüşüblər.
Bununla yanaşı, "World Para Sports" təşkilatının idarəetmə səlahiyyətlərinin ötürülməsi prosesi və 2025-ci il IPC Təsnifat Məcəlləsinin tətbiqi məsələləri də müzakirə edilib.
Üçgünlük proqram çərçivəsində paraidmanın inkişafı, paralimpiyaçıların idman karyeralarının müxtəlif mərhələlərində dəstəklənməsi, liderlik potensialının gücləndirilməsi və dayanıqlı inkişaf proqramlarının təşviqi mövzularında plenar sessiyalar, panel müzakirələri və praktiki seminarlar təşkil olunub.
IPC-nin prezidenti Endrü Parsons çıxışında Paralimpiya Hərəkatının gələcək inkişafında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, iclas zamanı üzvlər tərəfindən səsləndirilən fikir və təkliflərin IPC-nin 2027-2030-cu illər üzrə Strateji Planının hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.898 TRY - 0.034 GEL - 0.656 RUB - 0.020 UAH - 0.037 Bakı 12° C Son xəbərlər 17:33 Berdiməhəmmədov: Türkmənistan iqlim hesabatlılığına xüsusi diqqət yetirir Digər ölkələr 17:32 Ağsuda Aqrar Biznes Festivalı keçiriləcək ASK 17:31 Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib Futbol 17:26 Şimali İrlandiya və Şotlandiyada yüzlərlə məktəb partlayış təhdidi ilə üzləşib Digər ölkələr 17:23 Fələstinyönümlü fəallar Dublində Baydenin kortejinə süd paketləri atıblar Digər ölkələr 17:19 OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb Energetika 17:19 Foto Video Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4 Xarici siyasət 17:18 Foto Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Mədəniyyət siyasəti 17:15 Foto "Elmi islahatlar və innovasiya" mövzusunda ikinci təlim-müzakirə sessiyası keçirilib Elm və təhsil Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.