"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komandanı avrokubok oyununa hazırlamaqda çətinlik çəkirdik"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 20° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komandanı avrokubok oyununa hazırlamaqda çətinlik çəkirdik" Komanda 10 oktyabr, 2026 18:53 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun oyununa hazırlaşmaqda çətinlik çəkib.
"Report" un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fuad Yanqildin jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis II təsnifat mərhələsində Kiprin APOEL kollektivini 40:18 hesabı ilə məğlub etdikləri matçla bağlı fikirlərini bölüşüb:
"Komandanı oyuna hazırlaşdırmaqda çətinlik çəkirdik. Uzun müddətdən sonra ilk oyunumuz idi. Çempionatımızın olmaması bizə çox pis təsir edir. Həndbolçularımızın oyun praktikası yoxdur. İki ay ancaq öz aramızda oyunlar təşkil etmişik".
F. Yanqildin oyunçuların qarşılaşmaya gərgin başladığını söyləyib:
"Qızlar oyuna bir az gərgin başladılar. Top itkiləri var idi. Sonradan toparlandıq və öz oyunumuzu nümayiş etdirə bildik. Bu qələbə komandada inamı artıracaq. Mərhələ keçəcəyimizə inanırıq. Növbəti raundda da bacarığımızı göstərməyə çalışacağıq. Hazırkı rəqiblə bağlı çox məlumatımız yox idi. İlk dəfədir ki, avrokuboklarda çıxış edirdilər. Bizim hədəfimiz həmişə yüksəkdir. Sabahkı oyundan sonra növbəti rəqibimiz bəlli olacaq".
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 20:28 Foto Bakıda European Aquaticsin Konqresi başa çatıb Fərdi 20:26 Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb Digər ölkələr 20:12 Foto Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Komanda 20:04 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Fərdi 19:45 Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb Formula 1 19:37 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Fərdi 19:31 Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm" Fərdi 19:28 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Region 19:18 Azərbaycan cüdoçuları dünya çempionatında rekorda imza atıblar Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.