İdman24
Döyüş İdmanı · APA Sport

Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb

Oktyabrın 12-dən 18-dək ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Las Veqasda çıxış edəcək.

Çempionatın son günlərində isə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər uğur qazanmağa çalışacaqlar. Heyətdə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) yer alıb.

Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 21:30-da, axşam seansının görüşləri isə 04:45-də başlayacaq.

U23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə