Döyüş İdmanı · APA Sport
U-17 DÇ: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu

Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Tunis təmsilçisi Tasmin Atimniyə 4:6 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.