Voleybol · APA Sport
Voleybol Millətlər Liqası: Türkiyə çempion!

Türkiyənin qadın voleybolçulardan ibarət millisi 2026-cı il FIVB Millətlər Liqasının qalibi olub.
Apasport.az xəbər verir ki, Daniele Santarellinin rəhbərlik etdiyi komanda finalda Braziliya yığmasını 3:1 hesabı ilə məğlub edib.
Türkiyə yığması bununla da tarixində ikinci dəfə Millətlər Liqasının kubokuna sahib çıxıb.
Qeyd edək ki, Türkiyə millisi ilk dəfə 2023-cü ildə bu turnirin qalibi olmuşdu. 2026-cı il çempionluğu isə komandanın Millətlər Liqasındakı ikinci zəfəri kimi tarixə düşüb.