Digər · APA Sport
Çexiya - Azərbaycan matçının təyinatları bəlli oldu

Futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, görüşün əsas referisi ingiltərəli Peter Nurse olacaq.
Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç üçüncü hakim kimi təyinat alıb. Çexiyalı Luboş Ruql "timekeeper", portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək.