İdman24
Digər · APA Sport

Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” qarşılaşmasında qeyri-adi hakim səhvi yaşanıb.

Apasport.az xəbər verir ki, görüşün baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqəni göstərsə də, onu meydandan qovmayıb.

Maraqlıdır ki, matçın dördüncü hakimi baş hakimi yanına çağıraraq vəziyyət barədə məlumat verib. Buna baxmayaraq, Bayramov futbolçuya qırmızı vərəqə göstərməyib.

Daha sonra Nonqo başqa futbolçu ilə əvəzlənib və “Səbail” qarşılaşmanı 11 nəfərlə davam etdirib.

Beləliklə, bir futbolçuya iki sarı vərəqə göstərilməsinə baxmayaraq, meydandan qovulmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə