İdman24
Futbol · Report İdman

Yeni rəqəmsal arxitekturanın bəhrəsi: BMT-dən Azərbaycana yüksək qiymət

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Yeni rəqəmsal arxitekturanın bəhrəsi: BMT-dən Azərbaycana yüksək qiymət Analitika 20 noyabr, 2026 17:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında 38-ci yerə yüksəlib.

Bu, ölkənin rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından mühüm amildir.

2024-cü ildə 74-cü sırada qərarlaşmış ölkənin cəmi 2 ildə 36 pillə irəliləməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron platformaların genişləndirilməsi və idarəetmədə texnoloji həllərin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 11-ci mövqeyə yüksəliş rəqəmsal dövlət xidmətlərinin inkişafında əldə olunan irəliləyişin miqyasını göstərir.

Azərbaycanın rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyinin yaxşılaşması son illərdə bu istiqamətdə aparılan islahatların nəticələrinin daha aydın görünməsinə şərait yaradır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) ölkəmizin 36 pillə irəliləyərək 38-ci yerdə qərarlaşması təkcə reytinq göstəricisinin dəyişməsi deyil, eyni zamanda dövlət idarəçiliyində rəqəmsal həllərin tətbiqinin genişlənməsinin göstəricisidir.

Hesabata əsasən, Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 0,7607 balla müqayisədə 16,3 %-lik artım deməkdir. Beləliklə, Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında mövqeyini daha da gücləndirib və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin daxil olduğu V3 altqrupuna yüksəlib.

Onlayn xidmətlər üzrə ilk onluğun bir addımlığında

Hesabatda Azərbaycanın ən nəzərəçarpan irəliləyişi Onlayn Xidmətlər İndeksi (OSI) üzrə qeydə alınıb. Ölkəmiz bu göstəricidə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək 11-ci mövqeyə yüksəlib. Bu nəticə ümumi reytinqdəki yüksəlişin əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilə bilər.

Maraqlı məqam odur ki, Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə bir sıra inkişaf etmiş ölkələri də qabaqlayıb. Belə ki, Azərbaycan bu göstərici üzrə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi dövlətlərdən daha yüksək mövqedə qərarlaşıb. Xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu yerin Estoniya ilə bölüşdürülməsi də diqqət çəkən nəticələrdəndir.

Bu məqamda qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə nə dərəcədə inkişaf etdiyini bir neçə istiqamət üzrə qiymətləndirir. Buraya institusional çərçivə, xidmətlərin təqdim edilməsi, rəqəmsal məzmun, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunması daxildir. Bu meyarlar göstərir ki, yüksək nəticə əldə etmək üçün yalnız elektron xidmətlərin sayını artırmaq kifayət etmir. Həmin xidmətlərin istifadəçi üçün rahatlığı, əlçatanlığı, müxtəlif dövlət qurumları arasında əlaqələndirilməsi və vətəndaşların ehtiyaclarına uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın institusional çərçivə altindeksi üzrə dünyada birinci yerdə qərarlaşması bu baxımdan diqqətə layiq haldır. Bu göstərici rəqəmsal hökumətin inkişafı üçün zəruri olan normativ-hüquqi və institusional əsasların formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini ön plana çıxarır. Yəni rəqəmsal xidmətlərin davamlı inkişafı üçün texniki imkanlarla yanaşı, onların fəaliyyətini təmin edən idarəetmə mexanizmlərinin də mövcudluğu vacibdir.

Xidmətlərin təqdim edilməsi üzrə 10-cu nəticə isə rəqəmsal həllərin artıq praktik müstəviyə keçdiyini göstərir. Vətəndaşın dövlət qurumuna müraciət etmədən, müxtəlif arayış və sənədləri fiziki formada təqdim etmədən xidmət əldə etməsi dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına imkan verir. Bu model həm vaxt itkisinin, həm də inzibati prosedurların azalmasına xidmət edir.

Cənubi Qafqazda rəqəmsal hökumət üzrə lider

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə Azərbaycanın əldə etdiyi nəticə ölkənin təkcə qlobal miqyasda deyil, regional səviyyədə də mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir. Belə ki, Azərbaycan 2026-cı il hesabatında Cənubi Qafqaz ölkələri arasında ilk sırada qərarlaşıb. Ermənistanın 55-ci, Gürcüstanın isə 58-ci yerdə olması Azərbaycanın rəqəmsal hökumətin inkişafı sahəsində regionda lider mövqeyini təsdiqləyir.

Bu nəticə Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin regional müqayisədə də üstün nəticələr verdiyini nümayiş etdirir.

Azərbaycan MDB ölkələri arasında da mövqeyini yaxşılaşdıraraq 2024-cü ildəki 6-cı yerdən 3-cü sıraya yüksəlib. Daha diqqətçəkən nəticə isə Onlayn Xidmətlər İndeksi üzrə əldə olunub. Azərbaycan bu göstəricidə MDB, Türk Dövlətləri Təşkilatı və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDC) arasında birinci yerdə qərarlaşıb.

Türk dövlətləri ilə müqayisədə də Azərbaycanın göstəricisi diqqət çəkir. Belə ki, Onlayn Xidmətlər İndeksi üzrə Türkiyə ilə fərq cəmi 0,0008 bal təşkil edir. Bu, Azərbaycanla Türkiyənin rəqəmsal dövlət xidmətlərinin inkişafı baxımından bir-birinə çox yaxın göstəricilərə malik olduğunu ortaya qoyur.

Ümumilikdə, Azərbaycanın həm Cənubi Qafqazda liderliyə yüksəlməsi, həm MDB-də ilk üçlükdə yer alması, həm də bir sıra beynəlxalq qruplar üzrə onlayn xidmətlər sahəsində birinci olması ölkənin rəqəmsal hökumət sahəsində regional mərkəzə çevrilmək potensialını gücləndirir.

Rəqəmsal transformasiyanın in

Orijinal mənbə

İdman24 əsas səhifə