İdman24
Digər · APA Sport

"Qəbələ"nin aqibəti bəlli oldu - AÇIQLAMA

“Qəbələ” futbol klubunun yeni baş məşqçisinin kimliyi yaxın günlərdə bəlli olacaq.

Bu bərədə "Apasport"a klubdan bildirilib.

Verilən məlumata görə, hazırda baş məşqçi təyinatı ilə bağlı həm yerli, həm də xarici mütəxəssislərlə danışıqlar aparılır.

Hazırda baş məşqçi namizədləri ilə bağlı müzakirələr davam edir və yekun qərarın verilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, yeni çalışdırıcının təyinatına qədər “Qəbələ”ni matçlara müvəqqəti olaraq Amil Ağacanov çıxarır.

Orijinal mənbə

İdman24 əsas səhifə