Digər · APA Sport
Qola səbəb olmuşdu, matçın ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” ilə heç-heçə edən “Fənərbaxça”nın futbolçusu Matteo Genduzi oyunun ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, bu qərar İstanbul təmsilçisinin azarkeşlərinin narazılığına səbəb olub.
Belə ki, Genduzi qarşılaşmanın 15-ci dəqiqəsində Provodun vurduğu qola səbəb olan səhvə yol verib. Buna baxmayaraq, UEFA fransalı yarımmüdafiəçini matçın ən yaxşı futbolçusu seçib.
Qeyd edək ki, komandalar arasında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. İstanbul klubunun heyətində Oğuz Aydın və Meyson Qrinvud, qonaqlardan isə Lukas Provod və Pavel Kaçor fərqləniblər.