İdman24
Futbol · Report İdman

"Arsenal" Mikel Arteta ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Arsenal" Mikel Arteta ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb Futbol 07 oktyabr, 2026 16:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İngiltərənin "Arsenal" futbol klubu baş məşqçisi Mikel Arteta ilə uzunmüddətli müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmaya əsasən, 2019-cu ilin dekabrından komandaya rəhbərlik edən ispaniyalı mütəxəssisin müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

Klub yeni müqaviləni baş məşqçiyə 140 illik tarixi antikvar taxta qutuda təqdim edib. Qutunun tarixi London təmsilçisinin 1886-cı ildə təsis olunma dövrünə təsadüf edir. Qutunun tarixi 1886-cı il oktyabrın 4-də "Dayal Skver" kriket klubunun "Prins of Uels" ictimai evində keçirilən tədbirindən başlayır.

Klubun ilk kapitanı Devid Danskinin də iştirak etdiyi mərasimdə kriket klubunun fəaliyyətini genişləndirmək və futbol bölməsi yaratmaq barədə razılıq əldə olunub. Nəticədə "Arsenal" futbol klubu təsis edilib və Elayca Uotkins qurumun katibi seçilib. Mövsümdəki xidmətlərinə görə E.Uotkinsə yazı masası kimi açılan həmin antikvar qutu hədiyyə olunub.

O, 1886-cı il dekabrın 11-də "İstern Uonderers" komandasına qarşı keçirilən və London klubunun 6:0 hesablı qələbəsi ilə başa çatan ilk oyunu təşkil edib.

Qeyd edək ki, M.Artetanın rəhbərliyi altında "Arsenal"ı Premyer Liqada son 22 ildə ilk çempionluğunu qazanıb. Mütəxəssis indiyədək London təmsilçisinin "sükanı arxasında" keçirdiyi 361 rəsmi oyunda 62,05 faiz qələbə göstəricisi ilə klub tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 17:56 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan hüquqları şurasında qəbul edilib Digər 17:55 Foto Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib Sosial müdafiə 17:42 "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib Daxili siyasət 17:35 "AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib Xarici siyasət 17:35 Sabah Masallının 5 kəndində qaz olmayacaq Energetika 17:35 Qadınlardan ibarət Azərbaycan millisi "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək Fərdi 17:34 Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb Maliyyə 17:28 Azərbaycanda kompüterlərin bazar payı sentyabrda 29 % azalıb İKT 17:25 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə