Futbol · APA Sport
“Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro

İngiltərənin “Liverpul” klubu qapıçı mövqeyi üçün yeni futbolçunun transferini razılaşdırıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Genk” klubunda çıxış edən 18 yaşlı Lukka Bruqmansın transferi ilə bağlı şifahi razılıq əldə edib.
İnsayder Fabritsio Romanonun məlumatına görə, transferin ümumi dəyəri 35 milyon avro təşkil edəcək. “Liverpul” artıq gənc qapıçının tibbi müayinədən keçməsi üçün “Genk”dən icazə də alıb.
Razılaşmaya əsasən, Bruqmans bir müddət “Genk”də qalacaq və 2027-ci ilin yayında “Liverpul”a qoşulacaq.
Qeyd edək ki, 18 yaşlı belçikalı qolkiper ölkəsinin U-19 millisində də çıxış edir.