İdman24
Futbol · APA Sport

KL: “Qarabağ” üçün davam, ya tamam? - YENİLƏNİR

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

III təsnifat mərhələsi (cavab oyunu)

20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)

Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq

Tofiq Bəhramov adına Respublika Stadionu

Orijinal mənbə

İdman24 əsas səhifə