Futbol · APA Sport
“Sabah”ın oyunlarına Böyük maraq

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına maraq böyükdür.
Apasport.az xəbər verir ki, Bakıda baş tutacaq matçlara artıq 104 620 bilet satılıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bilet satışından əldə olunan gəlirin 25 faizi "Sabah Futbol Akademiyası Gələcəyin istedadları" proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.