İdman24
Futbol · APA Sport

DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU

2026-cı il dünya çempionatında vurulan ən yaxşı qolun müəllifi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabral layiq görülüb.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Kabralın Argentina ilə keçirilən 1/16 final oyununda vurduğu qol turnirin ən yaxşısı seçilib. Onun 103-cü dəqiqədə fərqlənməsi Kabo-Verde yığmasına hesabı 2:2 etməyə imkan verib. Lakin komanda əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzub.

Ən yaxşı qol seçimində ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü pilləni isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.

Qeyd edək ki, iyulun 19-da başa çatan mundialın qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə