İdman24
Döyüş İdmanı · APA Sport

Bakıda karate üzrə “Zəfər Kuboku” turniri keçirilib

Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” karate turniri keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.

Turnir çərçivəsində idmanın inkişafında və gənclərin yetişdirilməsində xidmətləri olan bir sıra şəxslər təltif ediliblər.

Yarışın sonunda qalib və mükafatçılara medal, kubok və xatirə hədiyyələri təqdim olunub.

Orijinal mənbə

İdman24 əsas səhifə