İdman24
Basketbol · APA Sport

Tatumdan 41 xal, “Boston”dan qələbə – NBA-da gecənin nəticələri

Şimali Amerika Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, gecə ərzində üç qarşılaşma baş tutub.

“Boston Seltiks” səfərdə “Vaşinqton Uizards”ı 131:116 hesabı ilə məğlub edib. Qonaqların heyətində Ceyson Tatum 41 xal toplayaraq matçın ən məhsuldar basketbolçusu olub. O, xallarının 28-ni ilk hissədə qazanıb. “Boston” bununla da dörd oyunluq məğlubiyyət seriyasına son qoyub.

“Detroyt Pistons” səfərdə “Orlando Mecik” üzərində 104:86 hesablı qələbə qazanıb. Keyd Kanninqemsiz çıxış edən komandanın heyətində Ayzeya Co 21 xalla fərqlənib.

Gecənin digər oyununda “Dallas Maveriks” səfərdə “Denver Naqqets”i 120:101 hesabı ilə üstələyib.

“Orlando Mecik” – “Detroyt Pistons” – 86:104

“Vaşinqton Uizards” – “Boston Seltiks” – 116:131

“Denver Naqqets” – “Dallas Maveriks” – 101:120

Orijinal mənbə

İdman24 əsas səhifə