Perişiçdən tarixi göstərici – Ronaldo və Messidən sonra üçüncü sırada

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları matçda fərqlənib.
Perişiç bununla da ən azı 4 fərqli dünya çempionatında qol vuran 6-cı futbolçu olub. O, daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da qol sevinci yaşamışdı.
Xorvatiyalı yarımmüdafiəçi bu göstəricidə almaniyalı Miroslav Kloze və Uve Zeeler, həmçinin braziliyalı Pele ilə eyni nəticəyə çatıb.
Bu siyahıda birinci yerdə 6 fərqli dünya çempionatında qol vuran Kriştiano Ronaldo qərarlaşıb. Lionel Messi isə 5 mundialda fərqlənməklə ikinci pillədədir.
Qeyd edək ki, Perişiç həm də Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı futbolçusu olub. O, 37 yaş 150 günlüyündə fərqlənərək rekorda imza atıb.
Bundan başqa, Perişiç mundiallarda 7-ci qolunu vuraraq Xorvatiya millisinin dünya çempionatları tarixində ən yaxşı bombardiri olub. O, bu göstəricidə Davor Şukeri geridə qoyub.