İdman24
Futbol · Report İdman

Ombudsman: Qarabağın ekoloji sisteminə vurulmuş ağır ziyanla bağlı məsələlər öz həllini gözləyir

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 12° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Ombudsman: Qarabağın ekoloji sisteminə vurulmuş ağır ziyanla bağlı məsələlər öz həllini gözləyir Daxili siyasət 06 noyabr, 2026 11:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İşğal dövründə Qarabağın ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlər öz həllini gözləyir.

"Report" xəbər verir ki, bu fikirlər İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın 8 Noyabr – Zəfər Gününün ildönümü ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir:

"2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlara başlaması nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər yaranmış, yaşayış məntəqələri, mülki infrastruktur və sosial obyektlər zərər görmüşdür. Azərbaycan Respublikası beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərinin işğaldan azad olunması və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində əks-hücum əməliyyatları həyata keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə başa çatmış, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilmişdir.

Bu Qələbə ədalətin təcəssümü ilə bərabər, keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin həyat və təhlükəsizliyinin təmini, uzun illər müddəaları yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası baxımından mühüm nəticələr doğurdu".

S.Əliyeva vurğulyıb ki, postmüharibə dövründə sülh və əmin-amanlıq üçün təhlükə yaradan işğalçı və separatçı qüvvələrin təxribatlarının qarşısının alınması ilə bölgədə təhlükəsizlik təmin edilmiş, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin suverenliyinin tam təmin olunması ilə dövlətçilik tariximizin yeni mərhələsi başlanıb:

"Ötən ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması regionda sülh gündəliyinin irəli aparılması, qonşuluq münasibətlərinin formalaşdırılması və xalqların dinc yaşaması üçün yeni perspektivlər yaratmışdır.

Əldə olunmuş müsbət nəticələrə baxmayaraq, müharibə dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, işğal dövründə regionun ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlər öz həllini gözləyir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıram.

Zəfər Gününün altıncı ildönümündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizə və regionumuza davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan gələcək arzulayıram".

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Xəbərlər Şöbəsi Sosial şəbəkələrdə paylaşın Kopyalandı Омбудсмен: Вопросы серьезного ущерба экологической системе Карабаха ожидают решения --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 12:32 Ermənistan Rusiyanın məhdudiyyətlərinə görə ixracatçılara təxminən 40 milyon dollar ayırıb Region 12:31 Anar Axundov: Azərbaycan iqtisadiyyatında şaxələndirmə siyasəti öz bəhrəsini verir - Əlavə olunub Daxili siyasət 12:27 Nazir müavini: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir Biznes 12:26 Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb Energetika 12:23 Sabah yağış yağacaq, şimşək çaxacaq Ekologiya 12:23 Foto AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir İnfrastruktur 12:20 Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb Futbol 12:19 Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək Biznes 12:17 Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək" Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə