İdman24
Futbol · APA Sport

Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu səviyyəyə qaldıracağıq"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə yenidən seçilən Elxan Səmədov ilk açıqlamasını verib.

Apasport.az xəbər verir ki, PFL-in mətbuat xidmətinə danışan qurum rəhbəri ona göstərilən etimada görə klublara, həmçinin AFFA və qurumun prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

"Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq.

İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq", – deyə Elxan Səmədov bildirib.

Qeyd edək ki, PFL-in Ümumi Yığıncağında Elxan Səmədov növbəti 4 il müddətinə qurumun prezidenti seçilib.

Orijinal mənbə

İdman24 əsas səhifə