İdman24
Digər · APA Sport

Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev çıxış edəcək.

Onlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.

​Komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadıt. Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə