İdman24
Futbol · Report İdman

Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir"

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir" Futbol 05 noyabr, 2026 16:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İldə 2-3 beynəlxalq matç keçirməklə gənc futbolçuların inkişaf etməsi və ciddi uğur qazanması çox çətindir.

Bunu "Report" a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis daxili çempionatla beynəlxalq turnirlər arasındakı səviyyə fərqini önə çəkib:

"19 yaşlı futbolçuların beynəlxalq turnirlərdə ciddi uğurlar qazanması asan deyil. Bu yaş qrupu ölkə daxilində rəqiblərini rahat üstələyir, hazırda çempionatda birinci pillədə qərarlaşıb. Lakin beynəlxalq qarşılaşmalarda liqamızın aşağı keyfiyyətdə olduğu aydın hiss edilir. Çünki burada tam fərqli keyfiyyət, dinamika və sürətlə qarşılaşırıq. Bu, kompleks problemdir. Ölkə üzrə aşağı yaş qruplarında sistemli iş qurulmalıdır ki, gələcəkdə U-19 səviyyəsinə çatdıqda bu cür hallarla üzləşməyək".

Akademiya rəhbəri UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin "Dinamo" ilə cavab qarşılaşmasını dəyərləndirib:

"İlk hissəyə uğursuz başladıq. Ardıcıl buraxılan qollardan sonra geridönüş etmək çox çətindir. Bununla belə, qol vurmaq şanslarımızın olmadığını deməzdim. Bir neçə epizod oldu ki, hesab arasındakı fərqi azalda bilərdik. Rəqibin də təhlükəli imkanları var idi. Ümumilikdə məyusedici məğlubiyyətdir".

O, gənc futbolçuların inkişafı üçün əsas məqsədləri də açıqlayıb:

"Gənclər belə qarşılaşmalarda təcrübə toplayaraq möhkəmlənəcəklər. Görünən odur ki, daxili liqada yüksək mübarizə və sürətlə qarşılaşmırlar. İldə 2-3 və ya 5 belə matç oynamaqla inkişaf etmək çox çətindir. Məqsədimiz onları qısa zamanda böyüklərlə daha çox oynadıb sürətli futbola uyğunlaşıdırmaqdır. Bu gün beynəlxalq arena üçün təkcə "Qarabağ"ın deyil, digər komandaların da gücü yetmir. Gələcəkdə aşağı yaş qruplarında ölkə üzrə sistemli fəaliyyət qurulsa, həm milli komandalar, həm də klublar daha yaxşı nəticələr qazana bilərlər".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo"ya 0:7 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə də məğlub (1:2) olan Ağdam təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 16:46 Video Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Daxili siyasət 16:45 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə 16:43 "Baku TV"nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib Media 16:41 AQP oktyabr ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb İnfrastruktur 16:39 Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib Region 16:36 Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq Ekologiya 16:25 Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub İKT 16:23 Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir Xarici siyasət 16:20 Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə